“Çelsi”nin yarımmüdafiəçi Bakıdakı final qarşılaşmasını buraxa bilərbackend

“Çelsi”nin yarımmüdafiəçi Bakıdakı final qarşılaşmasını buraxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, ABŞ-ın \”New England Revolution\” komandası ilə yoldaşlıq matçının 46-cı dəqiqəsində meydana daxil olan ingiltərəli futbolçu 20 dəqiqə sonra zədələnib. Sol ayaq biləyindən xəsarət alan yarımmüdafiəçi oyunu davam etdirə bilməyib. 23 yaşlı futbolçu stadionu çəliklə tərk edib. Onun Avropa Liqasının finalında iştirakı sual altındadır.

Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyunda meydanda olub və 6 qol vurub.

İnterPress.Az