Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gürcüstanda nöbədənkənar seçkiləri 5 mindən çox müşahidəçi izləyəcək

Gürcüstanda mayın 19-da keçiriləcək aralıq və növbədənkənar seçkiləri 49 yerli və 7 beynəlxalq təşkilatın müşahidəçiləri izləyəcək.

Dərc edilib: 16 may 2019 [14:17]
Baxış sayı: 1559

İnterPress.Az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, seçkiləri müşahidə etmək üçün 5 mindən çox müşahidəçi qeydiyyata alınıb.

MSK rəsmisi seçkiləri işıqlandırmaq üçün 43 media qurumun akkreditasiyadan keçdiyini vurğulayıb.

Qeyd edək ki, mayın 19-da qonşu ölkədə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə icra başçıları seçiləcək. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçiləcək.(report)

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116