Dərbənddə şagirdlər Nizami Gəncəviyə görə aksiya keçirdi – VİDEObackend

Dərbənddə şagirdlər Nizami Gəncəviyə görə aksiya keçirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla məktəblilər dahi şairin heykəlinin baxımsız vəziyyətdə olmasına diqqət çəkiblər. Azərbaycan dilində nəşr olunan “Dərbənd” qəzetinin şöbə müdiri Kərim Kərimovun İnterpress.az-a verdiyi məlumata görə, Nizami Gəncəvinin heykəlinin baxımsız vəziyyəti barədə dəfələrlə əlaqədar orqanlara müraciət edilsə də, məsələyə ciddi yanaşılmayıb: “Dəfələrlə söz verilməsinə baxmayaraq heykəl nəinki təmir edilib, əksinə daha da yararsız hala salınıb. Şəhərdəki Azərbaycan məktəblərinin şagirdləri belə bir aksiya keçirməklə Nizami Gəncəvinin heykəlinin baxımsızlığına diqqəti yönəltmək istəyirlər”.

Rəşad BABALI
İnterpress.azhttps://youtube.com/watch?v=_JajUM3ApN0