Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nazir Balakişi Qasımova “Tərəqqi” medalını təqdim etdi

Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

Dərc edilib: 16 may 2019 [16:34]
Baxış sayı: 9559

Bu barədə nazirlikdən məlumat verilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkədə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısından danışaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib.

Qeyd edib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədə xidmətlərini xüsusi vurğulayıb.

“Sevindirici haldır ki, bu gün iki ayrı sahənin əməkdaşlarına mükafatlar təqdim edirik. Xalq artisti Hacı İsmayılov Azərbaycanın sevilən aktyorlarından biridir. Onun teatrda, kinoda yaratdığı obrazlar öz unikallığı ilə fərqlənir. Rollarının hər birinin məxsusi xarakteri var.

Əməkdar artist Yadigar Muradov uzun illərdir Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik edir və kollektiv maraqlı tamaşalar hazırlayır. Ötən ilin sonlarında teatrın binası yenidən qurularaq kollektivin istifadəsində verildi. İnanırıq ki, çox da uzaq olmayan bir vaxtda bu teatr öz doğma məkanında – Şuşada öz fəaliyyətini davam etdirəcək.

“Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvləri Balakişi Qasımov və Elman Talıbov Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil edirlər”, - Əbülfəs Qarayev deyib.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və “Tərəqqi” medalına layiq görülən Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edilib. Nazir bütün təltif olunanlara cansağlığı, yeni uğurlar arzulayıb.

Sonda mükafata layiq görülənlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Nazir Balakişi Qasımova “Tərəqqi” medalını təqdim etdi



İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 163