Bank qadını intihar həddinə çatdırdı – VİDEObackend

Bank qadını intihar həddinə çatdırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qohumlarına görə əmlakı müsadirə edildiyi üçün getdiyi bank filialında qarnına bıçaq soxmaqla intihara cəhd edib.

Hazırda işsiz olan M.Ş adlı qadın, ərinin qohumları üçün bankda zamin durub. Həmin adamların kredit borcuna görə bank tərəfindən məhkəməyə verilib. Əmlakının müsadirə olunmaması tələbi ilə banka gələn qadın, bank işçilərindən: “heç bir şey edə bilmərik” cavabını alanda, çantasında gətirdiyi bıçağı çıxardaraq əvvəlcə özünü öldürəcəyi ilə hədələyib, daha sonra isə qarnına bir neçə zərbə vurub. Hadisə yerinə çağrılan təcili yardımla qadına ilkin tibbi yardım göstərilib.


İnterpress.az