Gürcüstanda meşə yanğını söndürülüb  – YENİLƏNİBbackend

Gürcüstanda meşə yanğını söndürülüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, yanğın nəticəsində 2,5 hektar sahə yanıb.

Yanğının söndürülməsinə cəlb olunan helikopter 24 uçuş edərək 48 ton sudan istifadə edib.

Hazırda yanğın ərazisində profilaktik tədbirlər həyata keçirilir.

*** 10:21

Gürcüstanda ötən gün axşam saatlarında Borjomi dərəsində baş vermiş meşə yanğınının tam aradan qaldırılması istiqamətində işlər bərpa olunub.

İnterPress.Az xəbər verir ki, səhər saatlarından etibarən yanğın ocaqlarının söndürülməsinə helikopter cəlb olunub.

İlkin məlumatlara əsasən, yanğın, təxminən, 3,5 hektar sahəni əhatə edib. Hazırda açıq yanğın ocaqları görünməsə də, 150 yanğınsöndürən və 30-a yaxın meşə gözətçisi yanğının tam söndürülməsi işlərinə cəlb olunub. (report)

İnterPress.Az