Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İngiltərə klubunun Bin Ladenin ailə üzvü tərəfindən maliyyələşdirildiyi üzə çıxıb

İngiltərənin “Şeffild Yunayted” klubu “Əl-Qaidə” terror təşkilatının sabiq lideri Üsama Bin Ladenin ailə üzvü tərəfindən maliyyələşdirilib.

Dərc edilib: 17 may 2019 [10:28]
Baxış sayı: 1446

İnterPress.Az-ın “The Daily Mail”ə istinadən məlumatına görə, klubun hesabına köçürülən 3 milyon funt sterlinqin öldürülən “Əl-Qaidə” liderinin qohumu tərəfindən verildiyi müəyyənləşib.

Bu maliyyə əməliyyatı “Delta layihəsi” adı altında gerçəkləşib. Şeffild təmsilçisinin belə maliyyələşməsi kluba sahibkarlıq hüququnu araşdıran London Ali Məhkəməsinin iclasında üzə çıxıb.

Qeyd edək ki, əsası 1889-cu ildə qoyulan “Şeffild Yunayted” başa çatan mövsümdə Çempionşipdə 2-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116