Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bu gün Qran-pridə ilk oyunlarını keçirəcəklər

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bu gün Rusiyanın paytaxtı Moskvada start götürəcək FIDE-nin Qran-pri turnirinin ilk mərhələsində iştirak edəcəklər.

Dərc edilib: 17 may 2019 [10:49]
Baxış sayı: 1290

İnterPress.Az xəbər verir ki, 16 qrossmeysterin mübarizə aparacağı yarış ilk dəfə olimpiya sistemi ilə keçiriləcək. Hər bir mərhələ 3 günü əhatə edəcək və 2 partiya oynanılacaq. İştirakçılardan hansısa qələbə üçün yetərli 1,5 xalı toplaya bilməsə, tay-breyk olacaq. İlk raund 17 – 19 mayda, ikincisi 20 – 22 mayda, yarımfinal isə 23 – 25 mayda reallaşacaq. Şahmatçılar 27 – 29 mayda baş tutacaq finaldan bir gün əvvəl istirahət edəcəklər.

Oyunlar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Birinci raund

Aniş Giri (Hollandiya, 4; 2787) – Daniil Dubov (Rusiya, 48; 2690)

Teymur Rəcəbov (Azərbaycan, 12; 2759) - Hikaru Nakamura (ABŞ, 11; 2761)

Yan-Kşiştof Duda (Polşa, 28; 2728) – Uesli So (ABŞ, 13; 2754)

Sergey Karyakin (ABŞ, 16; 2752) – Aleksandr Qrişuk (Rusiya, 9; 2772)

Yan Nepomnyaşi (Rusiya, 8; 2773) – Levon Aronyan (Ermənistan, 10; 2762),

Vey Yi (Çin, 22; 2736) – Dmitri Yakovenko (Rusiya, 32; 2708)

Nikita Vityuqov (Rusiya, 24; 2734) – Pyotr Svidler (Rusiya, 20; 2739)

Radoslav Voytaşek (Polşa, 29; 2724) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 5; 2781)

Qeyd edək ki, ümumilikdə 4 ölkədə təşkil olunacaq Qran-Pridə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Növbəti turnir iyulun 11 - 25-də Latviyanın paytaxtı Riqada keçiriləcək. Almaniyanın Hamburq şəhəri noyabrın 4 - 18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10 - 24-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq. Rəcəbov Riqadakı, Məmmədyarov isə Hamburqdakı turnirə qatılmayacaq.

FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116