Petro Poroşenko Vladimir Zelenskinin andiçmə mərasiminin təşkili barədə sərəncam imzalayıbbackend

Petro Poroşenko Vladimir Zelenskinin andiçmə mərasiminin təşkili barədə sərəncam imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, məlumatı “UNİAN” yayıb.

Sərəncama əsasən, andiçmə mərasiminin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Təntənəli mərasim mayın 20-də, yerli vaxtla saat 10-da parlamentin (Ali Rada) binasında keçiriləcək.

Qeyd edək ki, mayın 16-da Ukrayna Ali Radası andiçmə mərasimin mayın 20-də keçirilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, martın 31-də Ukraynada keçirilən prezidenti seçkisinin ikinici turunda Vladimir Zelenski 73,22 faiz səs toplayıb. Fəaliyyətdə olan prezident Petro Poroşenkoya isə seçicilərin 24,45 faizi səs verib.

İnterPress.Az