BİT SİNDROMUbackend

BİT SİNDROMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqazın kəhrəbası Bakı tarixən olduğu kimi, bu gün də dünyanın diqqət mərkəzindədir. \”Dünya Evi”nə çevrilən və beynəlxalq tədbirlərə meydan verən qədim şəhər – öz sarkallığı, əsrarəngizliyi, heyrətamizliyi daxilində və xaricində, Şərq ilə Qərb təfəkkürünü, tərzini və mədəniyyətini qovuşdurur.

Azərbaycan, Bakı bu yaxınlarda belə tədbirlərdən birinə yenidən arbitrlıq edəcək müasir şəhərdə futbolun yaradıcıları öz azarkeşlərinin hüquqlarını qoruyacaq.
Bu xüsusda, dünya nəhəngləri sayılan \”Çelsi” və \”Arsenal” internasional paytaxtımızda görüşəcək. Onların bura gəlməsi ölkəmizdə də bu \”oyunun\” əhəmiyyətini həyati vacib səviyyədə yüksəldib. \”Zadəganlar”ın və \”Topçular”ın Bakıda kifayət qədər tərəfdarlarının olması gərgin qarşılaşmaya da yeni rəng çalarları qatıb.
Bundan yarınmaq istəyən daxili və xarici ünsürlər hakim fitini haradansa bir vasitəilə alıb boş stadionu fitə basırlar.

Yaddan çıxarıblar ki, …

Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi elə 2019-cu ilə təsadüf edir və bu, yüksək səviyyədə qeyd olunur.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni mərhələsi öz başlanğıcını keçən əsrin \”yenidənqurma\”sından sonra götürsə də, qısa müddət ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub. \”Əsrin müqaviləsi\” çərçivəsindən başlayaraq yüksələn xətt üzrə münasibətlərimizin inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində müsbət dinamikada öz əksini tapmışdır.
İndi ümummili lider Heydər Əliyevin dəst-xəttini yeni islahatlar mərhələsində yürüdən İlham Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilməkdədir. Son illərdə iki ölkə arasında qurulmuş strateji portnyorluq bunun bariz nümunəsidir.

HAZIRDA, Azərbaycanda Böyük Britaniyanın 500-ə yaxın şirkəti fəaliyyət göstərir: İnanıram ki, bir əsrlik tarixə söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək.

Bəzi naşılar öz bəsit münasibətlərilə nə dərəcədə dövlət maraqlarımıza, ikitərəfli mənafeyimizə xələl yetirir, yəqin ki, özləri bunu dərk etmirlər.
Əgər yanilmıramsa, belə texnogen xarakterli fövqəladə hallarda sağlam münasibət dövlətin, dövlət başçısının daxili və xarici siyasət kursuna xidmət etməlidir.
Qeyd: Böyük Britaniyanın Azərbaycandakı səfiri rəsmi mövqe ortaya qoydu və bildirdi ki, ümumi məsələlərdə spikulyasiya yolverilməzdir.

Tarix də yer kürəsi kimi yuvarlaqdır. Dəyişmir – fırlanır…

Y.B. Elə bu yetərlidir.

İnterPress.Az