ABŞ səfiri: “Azərbaycanın hüquq və məhkəmə sistemində ishalatlar həyata keçirəcəyinə ümid edirik”backend

ABŞ səfiri: “Azərbaycanın hüquq və məhkəmə sistemində ishalatlar həyata keçirəcəyinə ümid edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.

Onun sözlərinə görə, Azərbaycan son illər böyük iqtisadi irəliləyişlərə nail olub: “ABŞ Azərbaycanın hüquq və məhkəmə sistemində ishalatların həyata keçirəcəyinə ümid edir. Çox istərdik ki, əqli mülkiyyət huquqlarının qorunmasında irəliləyişlər olsun”.

Səfir həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasını ölkənin uğurlarından biri kimi qeyd edib.

“Neft-qaz layihələri də uğurla həyata keçirilir. ABŞ Azərbaycanın energetika layihələrini, xüsusilə də Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməkdə davam edir. Bu komissiya çərçivəsində əməkdaşlığımızın genişlənəcəyinə və uğurlu olacağına ümid edirəm”, – Örl Litzenberger bildirib.

İnterPress.Az