Yeyinti məhsulları sahəsində yeni dövlət rüsumu müəyyənləşibbackend

Yeyinti məhsulları sahəsində yeni dövlət rüsumu müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

İnterPress.Az-ın məlumatına görə, bu, “Yeyinti məhsulları haqqında” qanunda əksini tapıb.

“Baytarlıq haqqında” qanuna da dəyişiklik təklif edilib. Layihəyə əsasən, baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulacaq.

Qanun layihələrinə dəyişiklik bu gün Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

İnterPress.Az