Macarıstan millisinin baş məşqçisi: “Bakı asan bir yer deyil, orada rütubət çox yüksəkdir”backend

Macarıstan millisinin baş məşqçisi: “Bakı asan bir yer deyil, orada rütubət çox yüksəkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”Nemzetisport\”a istinadən xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsinin növbəti matçında səfərdə qarşılaşacaqları Azərbaycan millisi barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis mövsümün sonunda futbolçuların yorğun olacaqlarını bildirib. Lakin onun sözlərinə görə, eyni halla Azərbaycan yığmasının üzvləri də qarşılaşacaqlar. Rossi hazırlığa qədər bütün oyunçuların bir həftə istirahət edəcəklərini sözlərinə əlavə edib.

İtaliyalı baş məşqçi növbəti iki oyunda 6 xal qazanmaq istədiklərini vurğulayıb: \”Bunu dedikdən sonra sərt görünmək istəmirəm. Xüsusilə Azərbaycanla matçda qələbə qazanmaq bizim borcumuzdur. Lakin hər bir yığmada 11 futbolçu meydanda olur və nəticə həmişə şübhə doğurur. Xorvatiyaya qalib gəldiyimiz görüşdən sonra dedim ki, Azərbaycanı məğlub etmək məcburiyyətindəyik. Bakı asan bir yer deyil, orada rütubət çox yüksəkdir. Bu, bizim üçün qeyri-adi ola bilər, amma matçı qazanmağa çalışacağıq\”.

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda, Uelslə isə iyunun 11-də Budapeştdə üz-üzə gələcək.

İnterPress.Az