Həbsə kişi girib qadın çıxacaqbackend

Həbsə kişi girib qadın çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyədə müxtəlif cinayətlərə görə həbsdə olan transseksual Yunus A. məhkəmə qərarıyla adını dəyişdirdikdən sonra cinsiyyətini dəyişdirmək istəyir. Məhkəmə 27 yaşlı Yunus A.-nın tələbini qəbul edərək cinsiyyət dəyişikliyinə razılıq verib.

Yunus A. narkotikdən istifadə, hədə-qorxu gəlmə, soyğunçuluq və digər cinayətlərə görə həbsə məhkum edilib. Cəzaçəkmə müəssisəsində adını Aslı A. kimi dəyişdirərək daha sonra cinsiyyətini dəyişdirmək üçün məhkəməyə müraciət edib. Ekspertiza onun haqqında “cinsi şəxsiyyət pozğunluğu” barədə rəy verdikdən sonra məhkəmə onun cinsiyyətinin dəyişdirilməsinə icazə verib.

İnterpress.az