Çimərlikləri təmiz olan ölkələrin adları açıqlanıbbackend

Çimərlikləri təmiz olan ölkələrin adları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az RİA \”Novosti”yə istinadən xəbər verir ki, fondun təmizliyə və abad infrastruktura görə təsis etdiyi “Blue Flag” (mavi bayraq) mükafatına layiq görülən 3797 çimərliyin 100-dən çoxu fasiləsiz 10 ildən çoxdur ən təmiz statusunu saxlayır. Həmçinin 7 sahil ərazisi bu il “Blue Flag”a ilk dəfə layiq görülüb.

Bundan əlavə, 566 sahil ərazisi “Blue Flag”lə təltif edilən İspaniya bu göstəriciyə görə ölkələrin reytinqinə dalbadal 32 dəfədir başçılıq edir. Sonrakı yerlərdə 515 çimərliklə Yunanıstan, 463 çimərliklə Türkiyə, 389 çimərliklə Fransa, 385 çimərliklə İtaliya qərarlaşıb.

Bu il dünyada cəmi 4559 “Blue Flag” mükafatı verilib ki, bu da əvvəlki ilə nisbətən 138 ədəd çoxdur. Bunlardan 3797 mükafata sahillər, 695-nə marinalar, 67-nə turist gəmiləri layiq görülüb.

İnterPress.Az