Mikroavtobus partladı: 8 ölübackend

Mikroavtobus partladı: 8 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Əfqanıstanda mikroavtobusun partladılması nəticəsində 8 nəfər həlak olub. Qəzni əyalətinin vitse-qubernatoru Məhəmməd Əli Əhmədi bildirib ki, hadisə Caquri şosse yolunun kənarına yerləşdirilmiş fuqas mərmisinin partladılması nəticəsində baş verib.

Həlak olan səkkiz nəfərdən biri qadın, biri isə uşaqdır. Daha bir qadın və uşaq isə yaralanıb. Hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Əfqanıstan təhlükəsizlik qüvvələrinin iddiasına görə, belə fuqas mərmilərindən taliblər orduya və NATO hərbiçilərinə qarşı istifadə edir.

İnterpress.az