UEFA “Arsenal”ın etiraz məktubuna cavab veribbackend

UEFA “Arsenal”ın etiraz məktubuna cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytında dərc edilən məktubda finalın təşkilinin çətin və uzun proses olduğu vurğulanıb: “UEFA təşkilatçıları təyin etmək öhdəliyini yalnız namizədlərin onların təşkilatçılıq qabiliyyətlərini sübut edəcək meyarları göstərmələri şərti ilə dürüst və şəffaf tender prosesi vasitəsilə öz üzərinə götürüb. Adətən, klub yarışlarının final oyunlarına ev sahibliyi etmək üçün sifarişlərin qəbulu prosesinə bir neçə il öncə başlayır. Bu isə o deməkdir ki, finalın hansı şərtlər altında təşkil edilməsi öncədən bəlli ola bilməz. Əvvəlki finallardakı təcrübələrimiz bizə deyir ki, azarkeş sayı komandalara görə dəyişə bilər. Ona görə də vahid kvota təyin etmək düzgün deyil. Əlbəttə, finalçılar bilinənə və ya güman olunana qədər bilet satışını təxirə salmaq ideal olardı. Bura neytral publika üçün nəzərdə tutulan biletlər də daxildir. Təbii ki, final oyununun yeri seçilən zaman Londonun iki komandası arasında İngiltərə finalının olacağı çox da təxmin edilə bilməzdi. Şübhə yoxdur ki, bu, hadisə loqistika üçün böyük çətinlik yaratdı. Bakıya səfər etmək üçün sizin və “Çelsi” komandalarının azarkeşlərini problemlə üzləşmələrinə görə təəssüf hissi keçiririk. Əməkdaşlarımız azarkeşlərin daha sərfəli şəkildə finala getmək yollarını araşdırırıq. Bu baxımdan klubun bizimlə birgə səylərini alqışlayardıq”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

İnterPress.Az