Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlərin realizəsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə üzərində yerli aksiz markası olmayan tütün məmulatlarının saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Dərc edilib: 17 may 2019 [15:20]
Baxış sayı: 3086

İnterPress.Az Komitəyə istinadən xəbər verir ki, Yaradılan əməliyyat qrupunun üzvləri "Ford Transit" markalı yük nəqliyyat vasitəsinin Binəqədi rayonu ərazisində yerləşən "Elit" ticarət mərkəzinin arxasında dayandığını müəyyən edib.

Baxış zamanı 16 ədəd sellofan torbalarda yerləşdirilmiş, üzərində yerli aksiz markası olmayan 40280 ədəd "King nano charge 4", 17200 ədəd "King nano charge 3" və 200 ədəd "King nano charge 1" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147