Rusiya viza qaydalarını çətinləşdirirbackend

Rusiya viza qaydalarını çətinləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya vizası almaq istəyən şəxs anketdə olacağı yerlərin təqribi marşrutunu göstərməlidir. Bu barədə Rusiyanın Turizm Operatorları Assosiasiyası məlumat yayıb. Yeni anket forması artıq Federal Miqrasiya Xidmətinin saytına yerləşdirilib. “Təxmini səyahət marşrutu” qrafasında yaşayış məntəqələrinin adının qeyd olunması istənilir. Bundan başqa əcnəbi onu dəvət edənin də ünvanını yazmalıdır.

Turizm operatorlarının fikrincə, bu dəyişiklik əcnəbilərdə Rusiya viza almağın çətin və uzun müddət tələb olunması barədə rəy yaradacaq.

İnterpress.az