Qurban Məmmədovun Fuad Abbasov kartıbackend

Qurban Məmmədovun Fuad Abbasov kartı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar \”fəaliyyəti” ilə önə çıxan Facebook və Yootube üzərindən populyarlaşmaq üçün dəridən qabıqdan çıxan Fuad Abbasov haqqında kiçik bir araşdırma apardıq .Bildiyiniz kimi Fuad Abbasov adlı bir azərbaycanlı son zamanlar Rusiyada bir neçə mövzuda özünü servis etəsədə sonradan onun niyyətinin əsil mahiyyəti açıldıqdan sonra başını soxduğu yerdən vurub kənara atırlar. Ən son isə AZERROS içərisində Ağadadaşın arvadının erməni olması, qızının erməniyə ərə getməsini əlində bayraq edərək dırnaq arası ,ermənilərə qarşı mübarizə aparan bir görüntü yaratmaqla, azərbaycanlılar içərisində divident qazanmağa çalışır. Halbuki, hər bir azərbaycan kişisinin erməni ilə ilkin mübarizəsi həqiqi hərbi xidmətə gedib məcburi,əsgəri vəzifəsini yerinə yetirməklə başlayır. Nə yazıq ki, Fuad Abbasov hərbi komissarlığa guya psixoloji ruhi xəstəliyi olduğunu gösteren bir sənəd təqdim edərək hərbi xidmət öhdəliyindən boyun qaçırıb. Moskvada tv kanallarda Azərbaycan və Türkiyə mövzulu keçrilən tok-şouda Fuad Abbasov rəhbəri erməni olan ekipidə rol almışdı.

Səhnə arxası erməninin senariləşdirdiyi mövzünü tv kanallarında məharətlə oynayırdı. Onunla birlikdə ekspert kimi iştirak edən Azərbaycanlılar tərəfindən dəfələrcə irad bildirilsə də Fuad Abbasovu erməni rəhbərdən ayırmaq mümkün olmamışdır. Bu səhnələşdirilmiş teatrın fərqinə varan Türkiyə Fuad Abbasovu İhlas Haber Ajansından uzaqlaşdırır. Türkiyənin onun səviyyəsiz tərəfindən müdafiə olunmasını qadağan edir. Haradan olur olsun yetər ki, pul olsun devizi ilə Moskvada erməni siyasətçilərinə yüksək arqumentlə cavab veren rəhmətlik Orxan Camalın ailəsi adına pul yığmağa başlayıb və camaatı bu mövzuda Orxan Camalın ailəsi üçün pul toplayırıq propoqandası ilə azərbaycanlıları aldadıb. Orxan Camalın xanımı Fuad Abbasova zeng edib bu işlərə son qoymasını əks haldapolise vereceyini bildirib. Türkiyədən Fuad Abbasovu tanıyan istənilən birisindən Fuad Abbasovu soruşanda

-hansı?Fırıldaqçı Fuadı deyirsiniz?,-deyə, -soruşur.

Davamlı Azərbaycan Respublikasının Prezidentini və onun ailəsini ən alçaldıcı söyüşlərlə təhqir edən Qurban Məmmədov hər an Fuad Abbasovun təbliğatını aparmaqla yanaşı ona pul toplamaq üçün günlərlə Azərfredom internet kanalından xalqa müraciətlər edirdi.

Son olaraq mənbənin verdiyi məlumata görə İlham Əliyev Rusiyada Azərbaycanın səfiri Polad Bülbüloğluna səfir vəzifəsindən uzaqlaşdırmaq üçün xəbərdarlıq edib.Polad Bülbüloğlu Fuad Abbasova sən Rusiyada yaşayan nüfuzlu diaspor liderlərini vur və AZERROS təşkilatının qurultaya götürek və Azerrosun rəhbərliyinə gələcək təqdirdə Fuadı mətbuat xidməti təyin edəcəyinə söz verib. Ona görədə VAK sədri Fazil Qurbanovdan sonra hazırda yenicə yaranmış \”Rusiya Azərbaycanlıları İttifaqının” prezidenti Fizuli Məmmədovun əleyhinə çıxışlar edir.

Sonda Qurban Məmmədov Orduxan Teymurxan, Məhəmməd Mirzəli ,Tural Sadıqlı və.s avropadakı söyüş maşınları kimi Rusiyada da söyüş maşınının təməlini Fuad Abbasovla atmış oldular.

Qurban Məmmədovun Fuad Abbasov kartı

Boğaziçi Univeristeti hüquq fakultəsi məzunu

Vüqar Talıbov

Redaksiyadan: Vüqar Talıbovun bu məqaləsinə cavab olaraq Fuad Abbasovun mövqeini dərc etməyə hazırıq.