“Total” Almaniyadaki neft emalı zavodunda fəaliyyətini dayandırıbbackend

“Total” Almaniyadaki neft emalı zavodunda fəaliyyətini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb neft kəmərinə daxil olan çirklənmiş Rusiya nefti ilə bağlı lazımı yoxlamaların həyata keçirilməsidir.

Bu barədə şirkətin yaydığı bəyanatda vurğulanır ki, adətən neft ötürücü kompleksin ötürücülük gücü gündəlik olaraq 230 min barel təşkil edir.

“Gözlənilir ki, neft emalı zavodu növbəti şənbə günü Polşanın Qdansk alternativ xəttindən tədarük edilən neftin sayəsində fəaliyyətini bərpa edəcək”, – bəyanatda qeyd edilir.

Eyni zamanda orada vurğulanır ki, “Drujba” neft kəmərində hələ də qalmaqda olan problemlə əlaqədar olaraq istehsal məhdud olaraq qalacaq. Korporasiya iddia edir ki, azalmış istehsalın benzin, dizel yanacağı və mazutun müştərilərə tədarük edilməsi üçün lazımı tədbirlər görüləcək.

İnterPress.Az