Kot-Divuarda toqquşma olub, ölən və yaralananlar varbackend

Kot-Divuarda toqquşma olub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az RİA \”Novosti\”yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, təxminən, 40 nəfər isə yaralanıb.

Mayın 15-də malinke və baule xalqlarının nümayəndələrinin mototaksi sürücüləri arasında toqquşmalar olub. Mağazalara ziyan dəyib, bəziləri hətta yandırılıb. Yanan taksi yaxınlıqdakı qaz dükanında partlayışa səbəb olub və nəticədə yaxınlıqdakı insanlar yaralanıb.

Yerli prefekt ölkədə sakitliyi bərpa etmək üçün Malinke və Baule xalqlarının nümayəndələri ilə görüş keçirib. Həmçinin qeyd olunub ki, paytaxt Yamusukrodan hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin tərkibini gücləndirmək məqsədilə əlavə qüvvə göndərilib.

AFP isə, öz növbəsində, toqquşmaların Baule və şimaldan gələn Dyula xalqlarının nümayəndələri arasında baş verdiyini bildirib. Agentliyin polisdəki gizli mənbəyinin məlumatına görə, insident nəticəsində 7 nəfər ölüb, 44 nəfər yaralanıb.

İnterPress.Az