Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Radj Qasımov: Adımın cinayətdə hallanması təxribatdır

Kimsə bu hadisəni dasporumuzu parçalamaq üçün istifadə edirsə o adamlar yanılırlar.

Dərc edilib: 17 may 2019 [18:45]
Baxış sayı: 11797

Diasporpress.az-ın əldə etdiyi məlumata görə Ukraynanın Jitomir şəhərində milliyətçə azərbaycanlı olan 1987 ci il təvəllüdlü Şirinov Pərvin Allahverdi oğlu qətlə yetirilib. məlumata görə, 2 nəfər silahlı şəxs motosikletlə Pərvin Şirinovun yaşadığı evin qarşısına gələrək, evi atəşə tutublar. Atəş açılan vaxtı Pərvin Şirinov evin həyətində oturubmuş. Killerlər avtomotdan 21 dəfə atəş açıblar. Açılan güllərdən biri Pərvin Şirinovun başından dəyib. O, hadisə yerində keçinib. Qətli törədən 2 nəfər Ukrayna polisi tərəfindən saxlanılaraq həbs edilib.

Diasporpress.az hadisəylə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir bölgəsinin rəhbəri Radj Qasımovla əlaqə saxlayıb. Radj Qaslmov bildirib ki, Azərbaycan mətbuatında əsassız məlumatlar yayılaraq qətldə onun adı hallanır.

“Bu fikirlər cəfəngiyatdır, mən öz işimlə məşqulam işimin başındayam. Diaspor sədri olaraq baş vermiş cinayət diqqətimizdədir. Jitomir polisi ilə mütamadi əlaqə saxlayırıq ki, cinayətkarlar cəzasını alsın. Kimsə bu hadisəni dasporumuzu parçalamaq üçün istifadə edirsə o adamlar yanılırlar. Bizim bir məqsədimiz var, bir olaraq vətənimizi Ukraynada təmsil edək. Qətlə yetrilən gənc həmvətənimizə Allahdan rəhmət, ailəsinə başsağlığı verirəm. Sizləri əmin edirəm ki, Jitimir diasporu olaraq cinayətkarın cəzasını alması üçün əlimizdən gələn bütün hüquqi yollardan istifafə edəcəyik. Bir daha bildirirəm ki, cinayətdə adımın hallanması təxribatdır.”






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147