Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Rəfael Cəbrayılovun deputat toxunulmazlığı ləğv olunsun” – Zərərçəkənlər Oqtay Əsədova müraciət hazırlayır

Milli Məclisin deputatı Rəfael Cəbrayılovdan şikayətçi olan bir qrup iş adamı onun barəsində qəti ölçü götürülməsini istəyirlər.

Dərc edilib: 17 may 2019 [18:55]
Baxış sayı: 6826

İnterpress.az-a daxil olan məlumata əsasən, deputat Rəfael Cəbrayılov tərəfindən dələduzluğa məruz qalaraq, maddi və mənəvi itkilərlə üzləşən bir qrup iş adamı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edəcəklər.

Məlumatda qeyd olunur ki, zərərçəkən iş adamları (bunların arasında xanımlar üstünlük təşkil edir) Rəfael Cəbrayılovun törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsinin təmin edilməsi üçün Oqtay Əsədova müraciət etmək məcburiyyətində qalıblar.

İş adamlarının Oqtay Əsədova göndərəcəkləri müraciətdə Rəfael Cəbrayılovun deputat toxunulmazlığının aradan qaldırılması və onun məsuliyyətə cəlb edilməsinə şərait yaradılması xahiş olunur.

Zərərçəkən iş adamları bəyan ediblər ki, onların Oqtay Əsədova müraciətlərinin real nəticəsi olmasa, daha yüksək instansiyalara üz tutacaqlar: ”Prezidentin və Birinci Xanımın sabibkarlara olan münasibətinin Milli Məclis səviyyəsində də dəstəkləndiyini görmək istəyirik”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147