Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



AFFA ingilis fanatlara Bakıya final oyunu günü deyil, daha tez gəlməyi tövsiyə edib

AFFA ingilis azarkeşlərə Bakıya Avropa Liqasının final oyunundan bir gün əvvəl deyil, daha tez gəlməyi və şəhərdən zövq almağı tövsiyə edib.

Dərc edilib: 18 may 2019 [09:36]
Baxış sayı: 4707

İnterPress.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "The Telegraph" nəşrinə müsahibəsində deyib.

Cümə axşamı "Arsenal" rəhbərliyi tərəfdarlarının bir çoxunun Bakıya gedib çıxa bilməyəcəyinin "tamamilə yalnış olması"ndan şikayətlənib.

Buna cavab olaraq UEFA azarkeşlərə köməklik göstərmək üçün klubla əməkdaşlıq təklif edərək bildirib ki, "bizim ekspertlər fəal şəkildə bu məsələ üzərində işləyir ki, azarkeşlərin səyahət edə bilməsi üçün daha ucuz həll yolu tapsın".

Elxan Məmmədov bildirib ki, Bakı hava limanı daha çox azarkeş qəbul etmək imkanına malikdir və hər iki klub üçün daha çox bilet əlçatan olacaq. Lakin London klubları səfərin maddi-texniki və maliyyə problemləri səbəbindən 6 min həcmində olan cari təxsisatlarını satmağa çalışırlar.

AFFA rəsmisi "Arsenal" və "Çelsi" fanatlarına Bakıya həftənin əvvəli gəlməklə uçuşlara qənaət etməyi təklif edib.

"Əksəriyyət otel və evlərdə qalmağa qənaət etməkdən ötrü oyun günü gəlmək və səhəri gün getmək üçün bilet tapmağa çalışır ki, bu da başa düşüləndir. Bunu bütün dünya üzrə adətən o fanatlar edirlər ki, qonşu ölkələrdə və ya yaxın coğrafi ərazilərdə yaşayırlar. Hazırkı vəziyyətdə isə mən məsləhət görərdim ki, azarkeşlər daha tez gəlib Bakının gözəlliyindən zövq alsınlar", - deyə o bildirib.

E.Məmmədov həmçinin hər iki klubu öz azarkeşləri üçün çarter reysləri təşkil etməyə çağırıb və bildirib ki, Bakı aeroportu bu reyslərə çox aşağı qiymətlə yardım göstərəcək.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201