Azərbaycanda dizel yanacağının istehsalı 2% artıbbackend

Azərbaycanda dizel yanacağının istehsalı 2% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,4% azalıb.

Hesabat dövründə ölkədə 397,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 4% azdır. Mayın 1-i tarixinə 75,8 min ton həcmində hazır məhsul ehiyatı qalıb.

Bu ilin yanvar-aprel ayları ərzində 104,2 min ton neft-kimya sənayesində istinadə üçün benzin, 196,5 min ton ağ neft, 682 min ton dizel yanacağı, 25,7 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 41,8%, ağ neft istehsalında 2,6%, dizel yanacağının istehsalında 2,1%, yanacaq mazutunun istehsalında 9,4% artım qeydə alınıb.

Həmçinin, bu ilin 4 ayında ölkədə 5,4 min ton sürtkü yağları, 49,2 min ton neft bitumu, 81,8 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 70%, neft bitumunun istehsalı 42,2%, neft koksunun istehsalı 7,2% azalıb.

İnterPress.Az