Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Venesuela ABŞ-la dialoqa hazırlaşır

Venesuela xarici işlər naziri Xorxe Arreasa ABŞ-la dialoqa hazır olduğunu bildirib.

Dərc edilib: 18 may 2019 [11:47]
Baxış sayı: 4604

Məlumat Venesuela hökumətinin rəsmi saytında dərc olunub.

X.Arreasa hesab edir ki, Birləşmiş Ştatların Venesuela üzrə strategiyası iflasa uğrayıb. Bununla belə diplomat Vaşinqtonla qarşılıqlı münasibətləri qaydasına salmağa hazır olduğunu vurğulayıb.

“Diplomatiyanın vaxtı çatıb, biz diplomatiyaya qayıdıb, danışıqlar masası arxasına əyləşməyə və bir-birimizə hörmət etməyə hazırıq”, - deyə nazir bildirib.

X.Arreasa qeyd edib ki, ölkə ilə diplomatik əlaqələrin kəsiləcəyi təqdirdə Vyana konvensiyasının 45-ci maddəsinə müvafiq olaraq, ABŞ-ın Karakasdakı diplomatik nümayəndəliyinin mühafizəsini İsveçrəyə həvalə etdiyi kimi, öz səfirliyinin mühafizəsini üçüncü ölkələrə həvalə edə bilər.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193