Hicran Hüseynova: “Azərbaycanda cinsiyyətin əvvəlcədən müəyyən olunması oğlanların sayının çoxalmasına səbəb olub”backend

Hicran Hüseynova: “Azərbaycanda cinsiyyətin əvvəlcədən müəyyən olunması oğlanların sayının çoxalmasına səbəb olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, yeni doğulan qız uşaqlarına qarşı diskriminasiya, neqativ faktlar qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır: “Bu, bir faktdır ki, təbiət özü oğlan və qızlar arasında balansı tənzimləyir. Lakin əhalinin artımına müdaxilə olunur. Cinsiyyətin əvvəlcədən müəyyən olunması nəticəsində doğulan oğlanların sayı çoxalıb və disbalans yaranıb”.

H.Hüseynova Azərbaycanda oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsini təklif edib: “Xüsusilə də ailədə oğlanlar düzgün tərbiyə olunmalıdır”.

İnterPress.Az