İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”backend

İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu İran İslam Respublikası Ordusunun Komandanı Əbdürrəhim Musəvi deyib.

Ə. Musəvi İran ordusunun hazırlıq vəziyyətinin yüksək olduğunu bildirib: “Ordu qüvvələrinin hazırlığı, ayıqlığının qorunması və artırılması qaçılmazdır. Çünki bu amil düşmənin hədələrinin qarşısını alır”.

O qeyd edib ki, İran Silahlı Qüvvələri son illərdə çox önəmli bacarıqlar əldə edib: “İran xalqı əmin olsun ki, ordu qüvvələri son damla qanlarına kimi İran İslam Respublikasının milli mənafeyini və təhlükəsizliyini qoruyacaq. İran ordusu həmişə hazırlıq vəziyyətindədir”. (ona)

İnterPress.Az