Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan əhalisinin 45 faizi gənclərdir

Azərbaycan əhalisinin 45 faizini yaşı 30-dək olanlar təşkil edir.

Dərc edilib: 18 may 2019 [12:59]
Baxış sayı: 5994

İnterPress.Az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı Inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Gənclər təşkilatlarının dayanıqlı inkişaf məqsədləri naminə” konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti dünyanın 2030-cu ilədək dəyişməsi üçün üzərinə düşən işləri yerinə yetirir.

“Azərbaycan əhalisinin 45 faizi yaşı 30-dək olanlardır. Qarşıya qoyulan hədəflərlə nail olmaq üçün addımların atılması daha çox gənclərin gələcək həyatı ilə bağlı olan məsələlərdir. İşsizlik problemlərinin həlli bilavasitə gənclərin həyatı ilə bağlıdır. Bu baxımdan gənclər qlobal layihənin həyata keçirilməsində maraqlı olmalıdırlar”, - deyə Əli Əhmədov qeyd edib.

Baş nazirin müavini qeyd edib ki, bu layihənin əsas hədəfləri gənclərdir:

“Onlar 2030-cu ilədək ayrı-ayrı ölkələrin həyatında mühüm rol oynayacaqlar. Hazırda dünyada 7,5 milyard insan var. 2030-cu ildə əhalinin sayı 1 milyard nəfər artacaq. Dünya əhalisinin artımının 80 faizindən çoxu Afrika və Asiya qitələrinin payına düşəcək. Əhalinin artımı dünya əhalisinin köç problemini də aktual edir. 2030-cu ilədək bu problemlərin həlli üçün səylər göstərilməlidir. Cəmi 10 il vaxt qalıb. Problemlər həll edilməlidir”.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122