Hicran Hüseynova: “Azərbaycan qızları dövlət sektorunda çalışmaq istəyirlər”backend

Hicran Hüseynova: “Azərbaycan qızları dövlət sektorunda çalışmaq istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızların, bu sahələrdə elmlə məşğul olan qadınların sayı ilbəil artır: “Təbii ki, zaman keçdikcə bir çox ixtisaslar aradan çıxacaq və vacibliyini itirəcək. Buna görə də gənclərimiz ixtisas seçən zaman diqqətli olmalıdırlar. Elə peşəyə sahib olmalıdırlar ki, gələcəkdə işlə bağlı çətinlik çəkməsinlər”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda qızlar dövlət müəssisələrində çalışmaq istəyir: “Bu gün Azərbaycanda qızlar üçün qapalı heç bir peşə yoxdur. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır. Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan qızları dövlət sektorunda çalışmaq arzusundadırlar. Biz buna görə də qadınların işə cəlb olunması üçün əlimizdən gələni edirik. Biz təcrübə olaraq, Dövlət Komitəsində yalnız qadınlar üçün işə qəbul imtahanı keçirmişik və bu prosesi davam etdirmək niyyətindəyik”.

İnterPress.Az