Güclü külək və leysan Göyçay və İsmayıllıda fəsadlar törədibbackend

Güclü külək və leysan Göyçay və İsmayıllıda fəsadlar törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, bir neçə saat yağan güclü yağışdan sonra dağlardan gələn sel suları rayon mərkəzini və kəndləri basıb.

Təbii fəlakət nəticəsində kəndlərdə evlərin zirzəmilərinə, həyətyanı sahələrə su və lil dolub. Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Sel vətəndaşlara məxsus ev quşlarını tələf edib, tərəvəz və bostan sahələrinə ziyan vurub.

Güclü külək Göyçay və İsmayıllıda evlərin dam örtüyünə, meyvə ağaclarına ziyan vurub. İri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb, gecə saat 23:00 radələrində İsmayıllı və Göyçay şəhərlərinə, kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Hazırda əhalinin enerji ilə təmin edilməsi, küçələrə və həyətyanı sahələrə aşan ağacların götürülməsi üçün tədbirlər görülür. İsmayıllı şəhər məzarlığında iri gövdəli ağacın aşması nəticəsində 10-a yaxın qəbir daşı dağılıb.

Leysan yağışlarından sonra Göyçay, Girdimançay, Ağsuçay, Vəndamçay, Pirsaatçay çaylarında da suyun səviyyəsi xeyli qalxıb.(ona)

İnterPress.Az