Nazim Babayev Yaponiyada bürünc medal qazanıbbackend

Nazim Babayev Yaponiyada bürünc medal qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub. O, 16,48 metr nəticə göstərib. ABŞ idmançısı Omar Kreddok 17,16 metr göstərici ilə birinci yeri tutub. Çinli Yaming Zhu isə 16,51 metr nəticə ilə gümüş medal qazanıb.

Qeyd edək ki, Babayev bu ilin martında 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu yeniləyib və Avropa çempionu olub.

İnterPress.Az