Gürcüstan Azərbaycandan sement idxalını 23,7% artırıbbackend

Gürcüstan Azərbaycandan sement idxalını 23,7% artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin ümumi dəyəri 6 mln. 455,1 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana idxal olunmuş sementin həcmi 21 887,2 ton və ya 23,7%, məbləğ baxımından isə 1 mln. 743,3 min dollar çoxdur.

Ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 4 mln. 711,8 dollar dəyərində 92 000,4 ton sement alıb. (report)

İnterPress.Az