Azərbaycanın Gürcüstana ixrac etdiyi neft məhsullarının həcmi artıbbackend

Azərbaycanın Gürcüstana ixrac etdiyi neft məhsullarının həcmi artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Ofisi məlumat yayıb. Bildirilib ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycandan Gürcüstana 34 milyon 210 min 100 dollar dəyərində 62 milyon 102 min 200 ton neft və neft məhsulları ixrac edilib. Ötən ilin analoji dövründə bu ölkəyə 30 milyon 925 min 500 dollar dəyərində 52 milyon 936 min 6 00 ton məhsul ixrac olunub.

Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmində də artım olub. Cari ilin yanvar-aprel aylarında ixrac edilən elektrik enerjisi 26 milyon 261 min 800 dollar dəyərində olub. Bu ötən illə müqayisədə 1 milyon 396 min 300 dollar çoxdur.

Gürcüstandan Azərbaycana ixrac edilən tütün məmulatlarının həcmində isə azalma olub. 2019-cu ilin ilk dörd ayı ərzində bu ölkədən Azərbaycana 15 milyon 95 min 700 dollar dəyərində 735 min 600 ton tütün məmulatları ixrac edilib. Ötən il isə bu rəqəm 1 milyon 204 min 300 ton olub.

Gürcüstandan Azərbaycana ixrac edilən avtomobil ehtiyat hissələrinin həcminin isə artdığı bildirilir.

Ümumilikdə yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 126 milyon 337 min 8 00 dollar, Azərbaycan isə Gürcüstana 235 milyon 802 min 200 dollar həcmində məhsul ixrac edib.( ona)

İnterPress.Az