Ağ Ev İsrail-Fələstin sülh planının birinci hissəsini Bəhreyndə açıqlayacaqbackend

Ağ Ev İsrail-Fələstin sülh planının birinci hissəsini Bəhreyndə açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp administrasiyasında çalışan rəsmilər bildirib.

Amerikalı rəsmilərin bildirdiyinə görə, İsrail-Fələstin münaqişəsinin mərkəzində dayanan siyasi narazılıqlarla da bağlı həll yollarının təqdimatı gözlənilən \”İqtisadi seminar\”da hökumət səlahiyyətliləri və iş adamları sülh təşəbbüsünün iqtisadi tərəfini müzakirə etmək üçün bir araya gələcək.

“Düşünürük ki, uzun zamandır üzərində işlədiyimiz iqtisadi planı regiona təqdim etmək üçün bu konfrans bir imkandır\”, – deyə rəsmilər bildirib.

İyunun 25-26-da Manamada keçiriləcək konfransda Avropa, Yaxın Şərq və Asiyadan hökumət rəsmiləri, maliyyə nazirləri və iş adamlarının iştirakı gözlənilir.

ABŞ rəsmiləri bu konfransda İsrail və Fələstin rəsmilərinin iştirak edib-etməyəcəyi barədə məlumat verməyiblər.

İsrail Maliyyə Nazirliyinin sözçüsü konfransda iştirakla bağlı hələ ki heç bir dəvət almadıqlarını bildirib.

İnterPress.Az