Mixeil Saakaşvilinin həyat yoldaşı Gürcüstanda etiraz dalğasına söz veribbackend

Mixeil Saakaşvilinin həyat yoldaşı Gürcüstanda etiraz dalğasına söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə Gürcüstanın müxalif Vahid Mili Hərəkat Partiyasının Zuqdidi rayon rəhbərliyinə namizədi olan, sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs bildirib.

O deyib ki, B.İvanişvilinin rejimini devirdikdən sonra ölkədə seçkilər barədə danışmaq mümkün olacaq: “Biz qətiyyətlə mövqeyimizi müdafiə edəcəyik. Hər bir şəhərə, kəndə, küçəyə baş çəkəcəyik və insanları əmin edəcəyik ki, biz bir-birimizi güclü edə bilərik. İvanişvilinin rejiminə etiraz dalğası ilə qalib gəlməliyik”.

Qeyd edək ki, ötən gün Zuqdidiə keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%, S.Rulofs isə 46,88%-ni əldə edib.(report)

İnterPress.Az