Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcəkbackend

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Radiotezliklər İdarəsindən verilən məlumata görə, tərəflər tezliklərin idarə edilməsi sahəsində razılığa gəliblər.

Eyni zamanda sərhəd ərazilərində mobil şəbəkələrə dair sazişlərin yerinə yetirilməsini yenidən nəzərdən keçirilib.

Spektr monitorinqi və tezliklərin idarə edilməsi, eləcə də lisenziyalaşdırma da daxil olmaqla tənzimləyici işlər sahəsində təcrübə mübadiləsi və texniki məlumat mübadiləsi barədə, Beynəlxalq Telekommunikasiya İttifaqının mobil telefonların gələcək inkişafı üçün tezlik diapazonlarının istifadəsinə dair müzakirələr də aparılıb.

Tərəflər həmçinin mobil və yayım xidmətlərində mövcud və yeni texnologiyalar, o cümlədən yeni tezlik zolaqlarının istifadə imkanları, pilot layihələrin həyata keçirilməsi və digər məsələlər üzrə təcrübə mübadiləsinin aparılmasını razılaşdırıblar.

İnterPress.Az