Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapılıbbackend

Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Report\”a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.

O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: \”Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq”.

İnterPress.Az