Astarada motosiklet oğurlayan şəxs saxlanılıbbackend

Astarada motosiklet oğurlayan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az