KİV: “Arsenal” Mxitaryanı Bakıya gətirib-gətirməməklə bağlı qərarını bu gün açıqlayacaqbackend

KİV: “Arsenal” Mxitaryanı Bakıya gətirib-gətirməməklə bağlı qərarını bu gün açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “The Times” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Ermənistan yığmansının 30 yaşlı yarımmüdafiəçisinə dair mövqeyini günün sonuna qədər elan edəcək.

Bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov “The Telegraph”a açıqlamasında Azərbaycanın dövlət orqanlarının Mxitaryanın Bakıya gəlişi ilə bağlı UEFA-ya zəmanət verdiklərini bildirib. Milli assosiasiya rəsmisi təhlükəsizliyin təmin edilməsinə dair heç bir problemin olmadığını vurğulayıb: \”Zəmanətin verilməsi ilə əlaqədar sorğunu hələ “Arsenal” finala çıxmamışdan əvvəl UEFA-dan almışıq. Bizim hakimiyyət Mxitaryanın Bakıya gəlişi üçün bütün zəruri təhlükəsizlik tədbirlərini görüb”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

İnterPress.Az