Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir – YENİLƏNİBbackend

Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, tədbirin məqsədi Azərbaycanda dövlət borcunun idarə edilməsi sahəsində həyata keçirilən islahatların, dövlət borcunun idarə edilməsi strategiyasının, habelə bu sahəyə verilən önəmin beynəlxalq maliyyə ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

3 gün davam edəcək forumda ADB-yə üzv olan ölkələrin və beynəlxalq maliyyə qurumlarının dövlət borcunun idarə edilməsi sahəsində 100-dən çox yüksək vəzifəli nümayəndələri və ekspertləri iştirak edir. Forumun gündəliyinə “Mövcud makroiqtisadi şəraitdə borcun idarə edilməsi üzrə effektiv strategiyalar”, “Borcun idarə edilməsi və monetar siyasətin effektiv əlaqələndirilməsinin əsası”, “Dövlət borcunun idarə edilməsinə nəzarət” və digər məsələləri əhatə edən sessiyalar daxildir.

Tədbirin açılışında çıxış edən maliyyə naziri Samir Şərifov inkişaf etmiş ölkələrdə yüksək səviyyədə borclanmanın olduğunu qeyd edərək borca xidmət xərclərinin yüksəldiyini və bununla əlaqədar risklərin də artdığını qeyd edib: \”Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, 2019-cu ilin sonuna inkişaf etmiş ölkələrin borcunun onların ümumi daxili məhsuluna (ÜDM) nisbəti 102,6%-ə çatacaq. Bu rəqəm inkişaf etməkdə olan ölkələrdə isə 50,5% təşkil edəcək. Bu da öz növbəsində borcun düzgün idarə edilməsinin əhəmiyyətini bir daha aktuallaşdırır\”.

İnterPress.Az