Ermənistan parlamentinin növbədənkənar iclası olacaqbackend

Ermənistan parlamentinin növbədənkənar iclası olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu “News.am”a müxalifətdə olan İşıqlı Ermənistan Partiyasının mətbuat katibi Aren Petuns bildirib.

Bildirilib ki, partiyanın 18 deputatının təşəbbüsünə milyader-deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyasının parlamentdəki “Sarukyan” fraksiyasının deputatları da qoşulub.

Deputatlar Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə məhkəmə binalarına giriş-çıxışın bağlanması məsələsini müzakirə edəcək.

Qeyd edək ki, mayın 19-da Nikol Paşinyan mayın 20-də ölkdəki bütün məhkəmələrin binasına giriş-çıxışın bağlanması ilə bağlı müraciət etmişdi. Mayın 20-də tərəfdarları onun çağırışını yerinə yetirmişdi. Bu aksiya mayın 17-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın zaminə buraxılmasına etiraz tədbir kimi də dəyərləndirilir.

İnterPress.Az