Daşkəsəndə qasırğa və leysan ciddi fəsadlar törədibbackend

Daşkəsəndə qasırğa və leysan ciddi fəsadlar törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, güclü külək Daşkəsən rayonunun qəsəbə və kəndlərində yaşayış, sosial və inzibati binalarının dam örtüklərini, elektrik şəbəkəsinin çoxsaylı dirəklərini və naqillərini yararsız hala salıb.

Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktorunun Daşkəsən Rayon İcra Hakimiyyətinə verdiyi arayışa əsasən, 19.05.2019-cu il tarixdə rayon ərazisində saat 20-10 radələrindən başlayan küləyin maksimal sürəti 20-30 m/san olub.

Təbii fəlakət nəticəsində Daşkəsən şəhər S.Vurğun, Tofiq İsmayılov, Nizami və Xətai küçələrində yaşayış binalarının dam örtüklərinə ziyan dəyib. Güclü külək Daşkəsən şəhərində xeyli sayda ağacı kökündən aşırıb.

Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə komissiya tərəfindən müvafiq işlər aparılır. Ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunub. Rayonun daxili imkanları hesabına dəymiş ziyanın aradan qaldırılması üçün bərpa işləri aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

İnterPress.Az