Heydər Əliyev Daşkənddə anılıbbackend

Heydər Əliyev Daşkənddə anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də qatıldığı tədbirdə Milli Məclisin üzvləri Elman Nəsirov, Aydın Hüseynov, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin müəllimi Səftər Rəhimli, Özbəkistandakı Azərbaycan icmasının nümayəndələri, media təmsilçiləri iştirak edib.

Abidəyə çiçək dəstələri qoyulub, Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu haqqında çıxışlar dinlənib.

Tədbir iştirakçıları mərkəzdə Heydər Əliyevlə bağlı sərgilənən fotolarla tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Mərasimin sonunda isə qonaqları milli geyimdə olan qızlar salamlayıb, birlikdə xatirə şəkli çəkdiriblər.

Ardınca isə tədbir iştirakçıları Azərbaycanın Özbəkistandakı səfirliyində olublar. Hüseyn Quliyev qonaqları səfirliklə tanış edib, Özbəkistanda gördükləri işlər, qarşıdakı tədbirlər barəsində söz açıb.

İnterPress.Az