“Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcəkbackend

“Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, London təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

\”Biz Mxitaryanın komandanın heyətində olması ilə bağlı variantları diqqətlə analiz etdik. Məsələnin futbolçunun özü və ailəsi ilə müzakirə etdikdən sonra birlikdə onun səfərdə olmamasına qərar verdik. UEFA-ya məktub yazaraq, bu vəziyyətdən dərin narahçılığımızı ifadə etdik. Miki final üçün bizim açar futbolçularımızdan biridir. Ona görə də komandamız üçün böyük itkidir. Futbolçunun bu cür şərtlərdə belə nəhəng avrokubok finalını buraxmasından kədərlənirik. Çünki bu futbolçunun karyerasında çox nadir hallarda olur. O, Həftəsonu Bakıya gedənə qədər bizimlə məşq edəcək\”, – açıqlamada bildirilir.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

İnterPress.Az