Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Skarlet Yohanson növbəti dəfə evlənir

Amerikalı aktrisa Skarlet Yohanson və “Saturday Night Live” şousu ilə tanınan komediya aktyoru Kolin Cost nişanlanıblar.

Dərc edilib: 21 may 2019 [16:58]
Baxış sayı: 2291

Bu barədə “Associated Press” yazır.

Bildirilir ki, cütlük iki il görüşdükdən sonra evlənmək qərarına gəlib. Toyun tarixi hələ məlum deyil.

2008-2010-cu illərdə 34 yaşlı Yohanson aktyor Rayan Reynoldla evli idi. 2014-cü ildə ulduz ikinci dəfə jurnalist Romen Doriakla evlənib. Cütlük rəsmi olaraq 2017-ci ilin sentyabrında boşanıb. Onların beş yaşlı qızı var.

2018-ci ilin avqustunda aktrisa ilin ən çox pul qazanan aktrisası seçilib. Belə ki, 12 aya o, 40.5 milyon dollar qazanıb. Onun qazancı 22 apreldə ekrana çıxan “Qisasçılar: Final” filminin çəkilişindən sonra dörd dəfə artıb.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122