Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərinə qatılıbbackend

Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərinə qatılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UMA-dan verilən məlumata görə, tədbir çərçivəsində dəvəti ilə qatıldığı Nikolayev şəhər meri Aleksandr Senkeviç ilə görüşən R.Tağıyev şəhərdə yaşayan azərbaycanlıların, ümumiyyətlə, azsaylı xalqların fəallığını müzakirə edib.

R.Tağıyev bildirib ki, Assambleya Nikolayevdə sərmayələrin qoyuluşu üzrə layihələrə start verəcək.

Müxtəlif Avropa ölkələrini təmsil edən universitet tələbələrinin, xarici ölkə diplomatlarının qatıldığı tədbir çərçivəsində etnik millətlərin paradı da keçirilib.

R.Tağıyev eyni zamanda Nikolayev Gəmiqayırma Universitetində mühazirə oxuyub, Azərbaycanın infrastrukturu barədə məlumat verib. Görüşdə Nikolayev yəhudi icmasının rəhbəri Semyon Belıy da iştirak edib.

Daha sonra Nikolayevdə rəhbəri azərbaycanlı, konqresin fəxri üzvü Alim Atakşiyev olan \”Nika Tera\” limanında görüş olub, fəaliyyəti ilə tanışlıq olub. Tədbirin təşkilatçıları arasında Assambleyanın və BUAK-ın Nikolayev üzrə nümayəndəsi Anar Axundov da olub.

Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərinə qatılıb

Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərinə qatılıb

İnterPress.Az