Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq – ƏLAVƏ OLUNUBbackend

Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq – ƏLAVƏ OLUNUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı – Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

İnterPress.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik\”, – C.Qurbanov deyib.

***

C.Qurbanov onu da qeyd edib ki, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq: \”Bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır\”.

İnterPress.Az