İndoneziyada qanlı toqquşmalar: 6 ölü, 200 yaralıbackend

İndoneziyada qanlı toqquşmalar: 6 ölü, 200 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Reuters” indoneziyalı qubernatora istinadən məlumat yayıb.

İndoneziyanın mərkəzi seçki komissiyası bazar ertəsi axşam saaatlarında bülletenlərin hesablanmasını başa çatdırıb. Nəticələrə əsasən, hazırkı prezident Coko Vidodo ümumi səslərin 55,5 faizini toplayaraq, qalib gəlib. Onun rəqibi Prabovo Subianto isə 44,5 faiz səs toplayıb.

Vidodonun növbəti müddətə prezident seçilməsinə etiraz olaraq yüzlərlə insan paytaxt küçələrinə axışıb. Polisin Subianto tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq etdiyi bildirilir.

“Səhər 09:00-a kimi (Bakı vaxtı ilə 06:00) beş xəstəxanaya 200 yaralı gətirilib, ölənlərin sayı altıdır”, – deyə agentlik yerli qubernatora istinadən xəbər verir.

İnterPress.Az